Məzmuna keç

“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Şirvanda keçiriləcək

SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Şirvan şəhərində görüşü təşkil olunacaq.

E-huquq.az xəbər verir ki, aksiya Hacıqəhrəmanlı qəsəbəsində (İcra nümayəndəliyinin qarşısı) baş tutacaq.

“Səyyar qəbul otağı” sentyabrın 6-da saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.