Məzmuna keç

Azərbaycan Ordusunun Ordubad rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutuldu

Sentyabrın 5-i saat 21:35-dən 22:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.