2023-cü ilin 8 ayı ərzində "Azəriqaz" İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinə 7 787 müraciət daxil olub.
E-huquq.az xəbər verir ki, bunu şöbənin rəisi İbrahim Kərbalayev "Açıq qapı" aksiyasında deyib.
Onun sözlərinə görə, hesabat dövründə 3527 müraciət "Opentext" proqramı vasitəsilə, 4260 müraciət isə elektron formada daxil olub.
İ.Kərbalayev bildirib ki, "Opentext" proqramı vasitəsilə daxil olmuş müraciətlər 2022-ci ilin eyni dövrü ilə müqayisədə 455 müraciət az olub.
Şöbə rəisi əlavə edib ki, təkcə avqust ayı ərazində Birliyə 851 müraciət daxil olub ki, bu müraciətlərin 296-ı “Opentext” proqramı vasitəsilə, 555-i isə elektron formada olub.
Şəbnəm Mehdizadə
