"Bakı Limanı vasitəsilə Rusiya ilə Azərbaycan arasında sərnişin daşınmasının həyata keçirilməsi nəzərdə tutulur".
E-huquq.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov deyib.
Onun sözlərinə görə, Bakı Limanı vasitəsilə sərnişin daşımaları ilə bağlı Rusiya ilə uzun müddət danışıqlar aparılıb, gəminin inşası nəzərdə tutulur: "Gəminin inşasından sonra bu məsələyə baxılacaq. Azərbaycanın Liman vasitəsilə sərnişin daşıması daha çox Türkmənistan və Qazaxıstan ilə aparılır".
