"Sabah Paşinyanla danışacağam. Bölgədə gərginliyi azaltmağa çağırmaqdan başqa çarəmiz yoxdur. Sabahki danışdığım zamanı Paşinyana xəbərdarlıq edəcəm, belə bir seçkinin qəbul edilə bilməyəcəyini nəzərə çatdıracam".
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Ermənistanın atdığı addımlar düzgün deyil. Bunu qəbul etmək mümkün deyil. Biz də buna müsbət baxmırıq. Sabah Paşinyanla görüşəcəm. Bu məsələ ilə bağlı onlara xəbərdarlıq edəcəyik və belə bir seçimin qətiyyən mümkün olmadığını bildirəcəyik. Onsuz da görüşdüyüm ölkələrin heç biri bunu qəbul etmir", – deyə R.T. Ərdoğan əlavə edib.
