Məzmuna keç

Son sutkada qəbul edilən qazın həcmi açıqlandı

“Azəriqaz” İstehsalat Birliyi üzrə 14 sentyabr 2023-cü il tarixində respublika ərazisində ümumi sutkalıq təbii qazın qəbulu 11 milyon 630 min kubmetr təşkil edib.

E-huquq.az xəbər verir ki, bu sözləri SOCAR “Azəriqaz” İB-nin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı məlumat verib.

Şöbə rəisinin sözlərinə görə, Bakı şəhəri və Abşeron yarımadası üzrə qəbul 8 milyon 716 min kubmetr, regionlar üzrə isə bu göstərici 2 milyon 914 min kubmetr olub.

“Sutka ərzində ümumi qəbulun 75 faizi Bakı şəhəri və Abşeron yarımadasının, 25 faizi isə regionların payına düşür”,- deyə şöbə rəisi əlavə edib.

Şəbnəm Mehdizadə