İşğaldan azad edilmiş ərazilərdə mina problemi kütləvi məzarlıqların aşkar edilməsinə maneəçilik törədir.
E-huquq.az-ın məlumatına görə, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı bu gün Azərbaycanda itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə deyib.
O qeyd edib ki, Füzulidə mina ilə çirkləndirilmiş bir ərazi var ki, orada kütləvi məzarlığın olduğunu ehtimal edilir. Ermənilər kütləvi məzarlıqların yerlərini vernəkdən imtina edir.
