XİN: Ermənistan ərazi iddialarının davam etdiyini bir daha sübut edib


  • 18 Sentyabr 2023 22:58

Ermənistan ərazi iddialarının davam etdiyini bir daha sübut edib.

E-huquq.az xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə “X” hesabında paylaşım edib.

“UNESCO-nun Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında Ermənistan Azərbaycandakı Azıx və Tağlar mağaralarının Dünya İrsi Siyahısına daxil edilməsinə qarşı çıxıb. Bu, Ermənistanın ərazi iddialarının davam etdiyini göstərir”, - paylaşımda qeyd olunub.

Oxşar xəbərlər