Zakir Həsənov Qarabağdakı lokal xarakterli antiterror tədbirləri barədə türkiyəli həmkarını məlumatlandırdı


  • 19 Sentyabr 2023 15:14

Sentyabrın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler arasında telefon danışığı olub.

Müdafiə Nazirliyindən e-huquq.az-a verilən xəbərə görə, general-polkovnik Zakir Həsənov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə həmkarını məlumatlandırıb.

Yaşar Güler Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu bildirib.

Oxşar xəbərlər