Rusiya XİN Ermənistan və Azərbaycana çağırış edib


  • 19 Sentyabr 2023 15:14

Rusiya Federasiyası Qarabağda vəziyyətin kəskin şəkildə gərginləşməsindən dərin təşviş içərisindədir.

E-huquq.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Mariya Zaxarova tərəfləri diplomatik nizamlanmaya çağırıb.

O qeyd edib ki, Rusiya sülhməramlı kontingenti Qarabağdakı vəziyyəti nəzərə alaraq üzərinə düşən vəzifələri yerinə yetirməkdə davam edir: “Rusiya o mövqedən çıxış edir ki, Qarabağdakı Rusiya sülhməramlılarının təhlükəsizliyi bütün tərəflər tərəfindən təmin olunacaq”.

Oxşar xəbərlər