"Hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir" - Anar Eyvazov


  • 19 Sentyabr 2023 19:14

"Hazırda Azərbaycanın Qarabağ bölgəsində lokal antiterror tədbirləri əməliyyatına cəlb olunan şəxsi heyətin psixoloji vəziyyəti yüksək səviyyədədir, hər bir təminatla təmin olunurlar".

E-huquq.az xəbər verir ki, bunu Qarabağda lokal antiterror tədbirlərinin davam etməsi ilə bağlı növbəti brifinqdə Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov deyib.

“Həmçinin media nümayəndələrini yalnız rəsmi məlumatlara istinad etməyə və rəsmi xəbərləri tirajlamağa çağırırıq", - o bildirib.

Oxşar xəbərlər