- 09:08
"Əldə edilmiş razılaşmaları yerinə yetirərək, Qarabağdakı silahlı birləşmələr Rusiya sülhməramlılarının nəzarəti altında silahlarını təhvil verməyə başladılar".
E-huquq.az-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Sentyabrın 22-dək Qarabağ silahlı birləşmələri tərəfindən 6 ədəd zirehli texnika, 800-dən çox atıcı silah və 5 minə yaxın döyüş sursatı təhvil verilib”, - Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.
***
19.52
Yevlaxda keçirilən görüşdə əldə olunan razılaşmalar əsasən, Qarabağdakı silahlı erməni birləşmələri silah - sursatlarını təhvil verirr
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya sülhməramlılarının Teleqram kanalında yazılıb.
Məlumata görə, proses Rusiya sülhməramlılarının nəzarəti altında keçirilir. Artıq 800-dən çox atıcı silah, qumbaraatan, minaatan, ATGM və MANPADS təhvil verilib.