- 20:31
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın suveren torpaqlarında həyata keçirilmiş antiterror tədbirlərlə bağlı göstərilmiş dəstəyə görə türk dövlətlərinə xüsusi minnətdarlığını bildirib.
E-huquq.az xəbər verir ki, o, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) XİN başçılarının Nyu-Yorkda keçirilən qeyri-rəsmi görüşündə çıxışı zamanı deyib.
Nazir həmkarlarına Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni silahlı qüvvələrinə qarşı həyata keçirilmiş anti-terror tədbirləri barədə məlumat verib.