Azərbaycanın Qarabağdakı erməni sakinlərinə göndərdiyi ərzaq yükü Xankəndiyə çatdırılıb və avtomobil geri dönüb - VİDEO


  • 22 Sentyabr 22:50

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə göndərilən ərzaq yükü ünvana çatdırılıb və avtomobil karvanı geri dönüb.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə yola salınıb.

Oxşar xəbərlər