Fidan Blinkenlə Qarabağdakı son hadisələri müzakirə etdi


  • 23 Sentyabr 2023 00:32

Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken Nyu-Yorkda taxıl sazişi, İsveçin NATO-ya qəbulu və Qarabağda baş verən son hadisələri müzakirə ediblər.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə TASS-a bildirib.

“Bu gün BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində baş tutan görüş 45 dəqiqə davam edib. Görüşdə iki ölkə arasında münasibətlərin yüksəldilməsi üçün qarşıdakı dövrdə atılacaq konkret və konstruktiv addımlar ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı həmçinin Qara dəniz taxıl təşəbbüsü, İsveçin NATO-ya üzvlüyü və Qarabağdakı son hadisələr də müzakirə edilib”, - mənbə agentliyə deyib.

Oxşar xəbərlər