Xalq Anım Günündə II Şəhidlər xiyabanını ziyarət edir - FOTO


  • 27 Sentyabr 12:29

27 sentyabr - Anım Günü ilə əlaqədar bu gün səhər saatlarından ictimaiyyət nümayəndələri, vəzifəli şəxslər, hərbçilər və şəhid ailələri II Şəhidlər xiyabanını ziyarət edirlər.

E-huquq.az xəbər verir ki, Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilir, onların ruhuna dualar oxunur.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd edilir.

Oxşar xəbərlər