Qaraheybətdə şəhid olan Ceyhunun atası: "Vətənpərvərlik hissi onu hərb sahəsinə cəlb edib"


  • 27 Sentyabr 15:30

"Ceyhun Azərbaycan Tibb Univeristetinin məzunu idi. Həm də Dövlət İdarəçilik Akademiyasını bitirmişdi. İdmançı idi, onun böyük gələcəyi var idi. Nə edək, taleh belə gətirdi. Arzularımız yarımçıq qaldı".

Bu sözləri e-huquq.az-a açıqlamasında Xızıdakı Qaraheybət aviasiya poliqonunda baş vermiş helikopter qəzasında həlak olan 14 hərbçidən biri - tibb xidməti kapitanı Ceyhun Əhmədxanovun atası Xanlar Əhmədxanov Anım Günü ilə əlaqədar II Şəhidlər Xiyabanını ziyarəti zamanı deyib.

"Ceyhun mülki həkim olsa da, vətənpərvərlik hissi onu hərb sahəsinə cəlb edib. O, bir neçə il Azərbaycanın Fövqəladə Hallar Nazirliyində tibb xidməti leytenantı kimi çalışdıqdan sonra xidmətini Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında davam etdirib. Ceyhun 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib, yaralılara tibbi yardım göstərib. 30 noyabr 2021-ci ildə Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olub. Şəhid atası kimi oğlumla fəxr edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin", - deyə o bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər