- 18:48
"İlkin Bakı Biznes Universitetində təhsil alırdı. Təhsilini dondurub hərb sahəsinə getməyi üstün tutdu".
Bu sözləri e-huquq.az-a açıqlamasında Vətən müharibəsi şəhidi İlkin Xosrovzadənin anası Bəturə Həsənova Anım Günü ilə əlaqədar II Şəhidlər Xiyabanını ziyarəti zamanı deyib.
"Oğlum kəşfiyyatçı-minaaxtaran idi. Bizə müharibədə iştirak etdiyini deməmişdi. Elə bilirdik ki, döyüşə yollanmayıb, Ağstafadadır. Müharibənin 32-ci günü İlkinin şəhid xəbəri gəldi. O, oktyabrın 25-də Zəngilanın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında şəhid olub. Biz onda bildik ki, İlkin ağır döyüşlərdə iştirak edib. Bu gün belə bir oğulun anası olduğum üçün fəxr edirəm. Allah şəhidlərimizə rəhmət etsin, gənclərimizi qorusun", - şəhid anası qeyd edib.
Şəbnəm Mehdizadə