- 11:57
Milli Məclisin deputatı Qənirə Paşayevanın vəziyyəti açıqlanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanadan məlumat verilib.
Bildirilib ki, Qənirə Paşayevanın müalicəsi ümumi reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.
"Aparılan kompleks müalicəyə baxmayaraq ümumi vəziyyəti ağır olaraq qalır", - deyə qeyd olunub.