Məzmuna keç

Deputat: “Qənirə Paşayeva kimi insanlar çox az gəlir dünyaya”

"Qənirə Paşayeva kimi insanlar çox az gəlir dünyaya, onun yeri daim görünəcək".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə açıqlamasında deyib.

"O, insanları narahat edən problemləri duyurdu və tez-tez müzakirəyə çıxarırdı. O, hərtərəfli istedadlı insan idi. Amma təəssüf ki, taleyi belə gətirdi. Allah rəhmət eləsin!", – deyə H.Hüseynova qeyd edib.

Şəbnəm Mehdizadə