"Biz Qənirə Paşayeva kimi böyük tarixi şəxsiyəti itirdik. Lakin onu heç vaxt unutmayacağıq".
E-huquq.az xəbər verir ki, bunu Mili Məclisin deputatı Tahir Kərimli jurnalistlərə açıqlamasında deyib.
"Qənirə xanım çox vətənpərvər insan idi. Türk dünyası onu çox sevirdi. Dünya durduqca xalqımız Qənirə Paşayevanı xatırlayacaq. Biz onun sağalması üçün dua edirdik. Lakin təəssüf ki, onu itirdik. Allah rəhmət eləsin!", – deyə o bildirib.
Şəbnəm Mehdizadə
