Məzmuna keç

Sinan Oğan: “Qənirə Paşayevanın ürəyi hər zaman Azərbaycan üçün döyünürdü”

"Qənirə Paşayeva Qarabağın azadlığının sevincini doyunca yaşamadan köçdü bu dünyadan".

E-huquq.az xəbər verir ki, bunu Türkiyədə prezidentliyə keçmiş namizəd Sinan Oğan jurnalistlərə açıqlamasında deyib.

"Qənirə xanım mənim 30 illik dostumdur. O, Türk dünyası üçün çalışan möhtəşəm bir insan idi. Bu gün burada təkcə Azərbaycandan yox, Qənirə xanımın türk dünyasından olan dostları da iştirak edir. Mən 30 il əvvəl Qənirə xanımı tanıyanda o jurnalist kimi çalışırdı və o zaman da ürəyi Azərbaycan üçün döyünürdü. O, ömrünü vətənə həsr etdi. Təəssüf ki, Qənirə xanımı belə tez itirdik. Acımız böyükdür. İnsan belə zamanlarda nə deyəcəyini bilmir. Bütün türk dünyasının başı sağ olsun!" – S.Oğan bildirib.

Şəbnəm Mehdizadə