"Azərbaycan xalqı Qənirə Paşayevanın xidmətlərini heç vaxt unutmayacaq".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Qənirə Paşayevanın fəaliyyəti bir fədakarlıq nümunəsi idi: "Qənirə xanım bütün şəhid ailələrinə, qazilərə ən çox diqqət göstərən insanlardan biri idi. Mədəniyyət xadimlərinə fərq qoymadan dəstək göstərirdi. O, tapşırıqla vəzifə icra edən insan deyldi, öz ürəyindən gələn hisslərlə adım atırdı. Bütün sferalarda öz vəzifə və vətəndaşlıq borcunu yerinə yetirməyə can atırdı. Seçicilərinin bütün problemlərini həll etməyə çalışırdı. Bu cür fədakarlıq çox az az olur. Belə insanların qoyduğu iz heç vaxt unudulmayacaq".
Şəbnəm Mehdizadə
