Məzmuna keç

Sədərək” ticarət mərkəzində qanunsuz mallar satışdan çıxarıldı – VİDEO/FOTO

Sədərək

Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə "Ford Fusion" markalı, nəqliyyat vasitəsində istifadəsi yüksək səs-küyə səbəb olan fişəng və pirotexniki vasitələrin daşınmasına dair əməliyyat məlumatı daxil olub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən e-huquq.az-a bildiriblər ki, məlumat əsasında Bakı şəhəri, "Sədərək" ticarət mərkəzinin "Şirniyyat" adlanan hissəsində dayanmış "Ford Fusion" markalı nəqliyyyat vasitəsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxış keçirilib.

Baxış zamanı avtomobilin yük yerində və salonunda karton qutuların içərisində 6260 ədəd fişəng və pirotexniki vasitələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

image description

image description

image description

image description

image description

image description