Məzmuna keç

Fuad Muradov həbs edildi

Özünü Milli Fədailər Hərəkatının qurucusu kimi təqdim edən Fuad Muradov saxlanılıb.

E-huquq.az xəbər verir ki, F.Muradov barəsindəki şikayət əsasında açılmış cinayət işi ilə əlaqədar saxlanılıb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda Fuad Muradov barəsində Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə) maddələri ilə başlanılmış işin istintaqı davam etdirilir.