Məzmuna keç

Mikayıl Cabbarov Türkmənistan Prezidenti ilə görüşdü

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsində qeyd edib.

"Türkmənistana səfərimiz çərçivəsində Türkmənistan Prezidenti cənab Sərdar Berdiməhəmmədovun qəbulunda olduq. Dövlət başçılarının dostluğa və həmrəyliyə əsaslanan Azərbaycan-Türkmənistan münasibətlərinə verdiyi önəm sayəsində çoxtərəfli əlaqələrin inkişafı qeyd olundu", – paylaşımda deyilir.