Məzmuna keç

Türkiyə XİN Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsini pislədi

Avropa Parlamentinin (AP) bu gün (5 oktyabr) qəbul etdiyi “Azərbaycanın hücumundan sonra Dağlıq Qarabağda vəziyyət və Azərbaycanın Ermənistana qarşı davam edən təhdidləri” adlı məcburi qüvvəyə malik olmayan qətnamə məsuliyyətsizlik, qərəz və məlumatsızlıq nümunəsidir.

E-huquq.az-ın məlumatına görə, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.

"İllərdir Türkiyəyə qarşı əsassız ittiham və iddialarla dolu qərarlar verən bir qrup populist və ayrı-seçkilik salan deputatın ölkəmizi hədəf alan ritorikasına əsaslanan bu qərarı qınayırıq.

Populizm, irqçilik, islamafobiya, multikulturalizmin və antiinteqrasiyanın getdikcə gücləndiyi Avropa siyasəti indiki tərkibi ilə AP-də bütün ifratları ilə özünü ifşa edir. Aİ-nin gələcəyi üçün arzumuz ondan ibarətdir ki, səlahiyyət müddəti tezliklə başa çatacaq hazırkı AP-nin Aİ-nin fundamental dəyərlərinə sadiq olan konstruktiv, əhatəli və həssas nümayəndələrdən ibarət yeni tərkibdə olmasıdır", – deyə qeyd olunub.