Məzmuna keç

Ərdoğan Fələstin lideri ilə telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin lideri Mahmud Abbasla telefon danışığı aparıb.

E-huquq.az xəbər verir ki, onlar İsrail və Fələstində baş verən hadisələr, o cümlədən bölgədəki gərginliyi müzakirə ediblər.

Ərdoğan Türkiyənin bölgədəki münaqişələrin tez bir zamanda sona çatması və sabitliyin təmin edilməsi üçün səy göstərdiyini diqqətə çatdırıb.