Türkiyənin 8 vilayətində PKK/KCK-PYD/YPG terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az xəbər verir ki, Şanlıurfa Prokurorluğunun təlimatı ilə Jandarma Komandanlığının Terrorla Mübarizə İdarəsinin qrupları tərəfindən Şanlıurfa, Adana, Antalya, Bursa, Batman, Qaziantep, Mardin və Osmaniyedə keçirilən əməliyyatlar çərçivəsində 8 şübhəli şəxs saxlanılıb.
Əməliyyat zamanı, həmçinin xeyli sayda rəqəmsal material ələ keçirilib.
Saxlanılan şəxslərlə bağlı jandarmada müvafiq əməliyyatlar davam etdirilir.
Şəbnəm Mehdizadə
