Məzmuna keç

HƏMAS-ın İsrailə hücumu nəticəsində 29 amerikalı ölüb –

Fələstinin radikal HƏMAS hərəkatının yaraqlılarının İsrailə hücumu nəticəsində azı 29 ABŞ vətəndaşı həlak olub, daha 15 nəfər itkin düşüb.

E-huquq.az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda deyilir.

“Hazırda biz HƏMAS-ın hücumu nəticəsində 29 ABŞ vətəndaşının öldüyünü təsdiqləyə bilərik”, – deyə Amerikanın xarici siyasət idarəsi qeyd edib.

Dövlət Departamenti qurbanların kimliyi və ya ölüm şəraiti ilə bağlı məlumat verməyəcəklərini vurğulayıb: “ABŞ hökuməti vətəndaşlarının harada olduğunu müəyyən etmək üçün gecə-gündüz işləyir və İsraillə kəşfiyyat məlumatlarının mübadiləsini aparır”.