Məzmuna keç

Şəmkirdə “Açıq mikrofon” aksiyası keçirildi –

"Azəriqaz" İstehsalat Birliyinin növbəti "Açıq mikrofon" aksiyası Şəmkir rayonunun Bayramlı kəndində keçirilib.

E-huquq.az-ın məlumatına görə, aksiyada ümumilikdə 8 abonent qaz təchizatında üzləşdiyi problemlərdən söz açıb.

Ünvanlanan 4 müraciət fərdi qaz tənzimləyicidəki nasazlıq haqqında olub ki, abonentlər yenisi ilə əvəzlənməsini istəyiblər. Şəmkir RQİİ-nin məsul şəxsləri problemin yerində araşdırılacağını və yalnız bundan sonra qaz tənzimləyicinin yenisi ilə əvəzlənib-əvəzlənməyəcəyini bildiriblər.

Qalan digər 4 abonent müxtəlifyönümlü müraciətlər ünvanlayıblar ki, bunlar da bəzi hallarda qazın təzyiqinin zəif olması, qaz xəttində yaşanan sızma və qaz sayğacının yenisi ilə əvəzlənməsindən ibarət olub.