Məzmuna keç

“Azəriqaz” limiti keçən abonentlərin sayını açıqladı

“2023-cü ilin yanvar-sentyabr ayları ərzində əhali sektorunda təbii qazla təmin olunan 1 597 731 abonent 12 qəpik tarifilə (ümumi abonentlərin 63,4 %) istifadə edib”.

E-huquq.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün keçirilən "Açıq qapı" aksiyasında məlumat verib.

O bildirib ki, hesabat dövründə 811 467 abonent 20 qəpik tarifilə (ümumi abonentləin 32,2 %) və 110 884 abonent 25 qəpik tarifilə (ümumi abonentlərin 4,4 %) qazdan istifadə edib.

Şəbnəm Mehdizadə