Məzmuna keç

Masallıda “Açıq mikrofon” aksiyası keçirildi –

SOCAR "Azəriqaz" İstehsalat Birliyinin növbəti "Açıq mikrofon" aksiyası Masallı rayonunda baş tutub.

E-huquq.az xəbər verir ki, təbii qazla təchiz edilməyən Xəlfələr kəndində baş tutan aksiyada mikrofon önünə çıxan 10 sakindən 6-sı Xəlfələr kəndinin qazlaşdırılmasını xahiş edib.

Digər 3 müraciətə gəlincə, bunlar rayonun Köhnə Alvadı və Hişkədərə kəndləri ilə yanaşı, Lənkəran rayonundan qatılan abonentlər tərəfindən ünvanlanıb.

Cəmaləddin Manafovla Asiman Ağayev qaz xəttinin yerinin dəyişdirilməsini, Əbülfət Cəbrayılov isə fərdi yaşayış evinin qazlaşdırılmasını istəyib.

Bütün müraciətlər dinlənilib qeydə alındıqdan sonra Lənkəran RQİİ-nin rəhbər şəxsləri tərəfindən vətəndaşlara səsləndirdikləri müraciətlər barədə ətraflı izahatlar verilib.