Məzmuna keç

Hikmət Hacıyev İran səfiri ilə ikitərəfli münasibətləri müzakirə etdi

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Görüşdə ikitərəfli münasibətlər, Cənubi Qafqaz regionunda baş verən proseslər və Azərbaycan-Ermənistan sülh danışıqları müzakirə edilib.

Həmçinin, görüşdə İsrail-Fələstin münaqişəsi, eləcə də bu xüsusda islam ölkələrinin rolu barədə fikir mübadiləsi aparılıb.