Nərimanov Rayon İcra Hakimiyyətinin Bakı şəhəri, Nərimanov rayonunda yerləşən qəzalı vəziyyətdə olan yaşayış binasının sakinlərinin köçürülməsi ilə əlaqədar daşınmaz əmlakın qiymətləndirilməsi xidmətlərinin satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.
E-huquq.az xəbər verir ki, tenderin qalibi "Ekspert Audit" MMC olub.
Məlumata görə, qalib şirkətə 14.008,96 manat vəsait ödəniləcək.
Şəbnəm Mehdizadə
