Məzmuna keç

Azərbaycanın TDT çərçivəsində konsulluq əməkdaşlığı platformasının yaradılması təşəbbüsü alqışlandı

Azərbaycanın Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində konsulluq əməkdaşlığı platformasının yaradılması təşəbbüsü alqışlanıb.

E-huquq.az xəbər verir ki, bu barədə noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının (TDT) “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə qəbul edilmiş Bəyannamədə bildirilib.

"Türk dövlətlərinin liderləri və hökumət başçıları Azərbaycan tərəfinin TDT çərçivəsində konsulluq əməkdaşlığı platformasının yaradılması təşəbbüsünü alqışlayırlar", – Bəyannamədə vurğulanıb.