3 noyabr şəhid Fuad Bağırovun doğum günüdür. Bu məqsədlə "Azəriqaz" İstehsalat Birliyinin Salyan RQİİ-nin rəhbər şəxsləri əvvəlcə Fuad Bağırovun Şirvan şəhər Şəhidlər Xiyabanındakı məzarını ziyarət ediblər. Daha sonra şəhidin ailəsinin yaşadığı ünvana baş çəkilib.
"Azəriqaz"dan e-huquq.az-a verilən məlumata görə, Birliyin məsul şəxsləri şəhid ailəsinin qayğıları ilə yaxından maraqlandıqdan sonra Fuad Bağırovun əziz xatirəsi yad edilib.
Xatırladaq ki, Fuad Bağırov 2016-cı il Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda döyüşən rəşadətli Azərbaycan Ordusunun baş leytenantlarından olub.
Qeyd edək ki, şəhidin anası Bağırova Fəridə Salyan RQİİ-nin Şirvan xidmət sahəsinin əməkdaşıdır.
