"Bu gün hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin bilik səviyyəsi elə də qənaətbəxş deyil".
E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Onun sözlərinə görə, məhz bu səbəbdən vəkilliyə qəbul üzrə test imtahanlarında orta hesabla 50 faizdən çox namizəd keçid üçün nəzərdə tutulan 60 balı toplaya bilmir. Sədr deyib ki, orta hesabla 10 namizəddən 6-sı ixtisas imtahanında kəsilir.
"Bu onu deməyə əsas verir ki, məzunların bilik səviyyəsi kifayət qədər yüksək deyil. Ona görə də ali təhsil müəssisələrində tədrisin keyfiyyəti artırılmalıdır", – deyə A.Bağırov qeyd edib.
Şəbnəm Mehdizadə
