Məzmuna keç

Ədliyyə Nazirliyində psixoloqların seminarı keçirilib – FOTO

Ədliyyə Nazirliyində psixoloqların seminarı keçirilib - FOTO

Penitensiar müəssisələrdə fəaliyyət göstərən psixoloqların təkmilləşdirilməsi, eləcə də məhkum və həbs olunan şəxslərlə aparılan psixoloji yardım işinin səmərəliliyinin artırılması məqsədi ilə superviziyaların təşkili mövzusunda Ədliyyə Nazirliyi Katibliyin Vətəndaşların qəbulu şöbəsinin məsləhətçisi (psixoloq) Zülfiyyə Yaqubova, Penitensiar xidmətin Tərbiyə işinin təşkili idarəsinin psixoloqlar qrupu və Xidmətin tabe müəssisələrində çalışan psixoloqların iştirakı ilə görüş təşkil edilib.

Bu barədə e-huquq.az-a Ədliyyə Nazirliyindən məlumat verib.

Bildirilib ki, görüşdə psixoloji xidmətdə superviziyaların əhəmiyyəti haqqında məlumat verilmiş, həmçinin psixoloqların fikirləri dinlənilib, gündəlik fəaliyyətlərində qarşılaşdıqları problemlər ətrafında söhbət aparılıb.