Məzmuna keç

Bu gün Xızı şəhərində qaz olmayacaq

“Qaz İxrac” İdarəsinin sifarişi əsasında “Xızı” QPS-də nasaz vəziyyətdə olan qızdırıcı qurğunun baypas kranının işlək kranla əvəz edilməsi ilə bağlı 13.11.2023-cü il tarixində saat 10:00-dan 17:00-dək “Xızı” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə e-huquq.az-a SOCAR “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Qeyd olunub ki, təmir işləri aparılan müddətdə Xızı şəhəri daxil olmaqla rayonun 4 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.