Məzmuna keç

Məhkəmə tikinti şirkətinə məxsus əmlakın hərraca çıxarılması barədə qərar verdi

Gəncə İnzibati-İqtisadi Məhkəməsində 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Tagiev Group” MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq

Gəncə İnzibati-İqtisadi Məhkəməsində 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Tagiev Group” MMC-yə qarşı siyahıya
alınmış əmlakın açıq hərracda satılması tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə baxılıb.

E-huquq.az xəbər verir ki, iddiaçı cavabdeh “Tagiev Group” MMC-nin 27.08.2019-cu il tarixə dövlət büdcəsinə ödənilməmiş 7995 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 8000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edib.

Məhkəmə iş materillarını nəzərdən keçirərək, hesab edib ki, iddia tələbi təmin edilməlidir.

Qərara görə, 12 saylı Ərazi Vergilər Departamentinin protokolu əsasında 8000 manat dəyərində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılacaq.