Məzmuna keç

Sərsəng və Suqovuşan su anbarları mühüm əhəmiyyətli obyektlərin siyahısına daxil edildi

“Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”nda dəyişiklik edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Tərtər, Kəlbəcər rayonları ərazisində yerləşən Sərsəng su anbarı və Tərtər rayonunun Suqovuşan su anbarı siyahıya daxil edilib.