Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Mərakeşin Nümayəndələr Palatasının sədri Raşid Talbi Əl Alami ilə görüşüb.
E-huquq.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb.
Bildirilib ki, görüşdə parlamentlərarası əlaqələrin intensivləşdirilməsinin vacibliyi və onların perspektivləri müzakirə olunub.
