Məzmuna keç

Dövlət Gömrük Komitəsi tenderinin qalibini açıqladı

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin təlimlərin təşkili xidmətinin satın alınması ilə bağlı elan etdiyi tenderə yekun vurulub.

E-huquq.az xəbər verir ki, tenderin qalibi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzi olub.

Məlumata görə, qalibə 8.192,74 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə