Məzmuna keç

“Azəriqaz”a daxil olan müraciətlərin sayı azalıb

"Cari ilin yanvar-oktyabr ayları ərzində "Azəriqaz" İstehsalat Birliyinin Qəza Çağrı Xidmətinə 758 min 068 müraciət daxil olub".

E-huquq.az xəbər verir ki, bu barədə Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün keçirilən "Açıq qapı" aksiyasında məlumat verib.

O bildirib ki, ötən ilin müvafiq dövründə bu göstərici 811 min 335 olub.

"Ötən illə müqayisədə müraciətlərin sayında 53 267 azalma müşahidə olunub", – deyə şöbə rəisi əlavə edib.

Şəbnəm Mehdizadə