Məzmuna keç

Cari ildə “Azəriqaz”ın gördüyü təmir-tikinti işləri açıqlanıb

"Cari ilin 10 ayı ərzində SOCAR "Azəriqaz" İstehsalat Birliyi tərəfindən 392 km yeni qaz xətti çəkilib".

E-huquq.az xəbər verir ki, bu barədə Birliyin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Eldəniz Vəliyev "Açıq qapı" aksiyasında məlumat verib.

O bildirib ki, istismar müddəti başa çatan, korroziyaya uğrayan qaz xətlərinin yenilənməsi istiqamətində də işlər davam etdirilir.

"Görülən işlər nəticəsində 253 km uzunluğunda qaz xətti təmir edilib", – deyə Birliyin rəsmisi əlavə edib.

Şəbnəm Mehdizadə