Məzmuna keç

Ali Məclis tenderinin nəticəsini açıqladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin nəqliyyat vasitələri üçün cari təmir xidmətləri və ehtiyat hissələrinin satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "Cahan-Motors" MMC olub.

Məlumata görə, qalib şirkətə 18.205,04 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə