“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Quba rayonunda keçiriləcək


  • 21 Noyabr 09:33

SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Quba rayonunda görüşü təşkil olunacaq.

E-huquq.az xəbər verir ki, aksiya Gənclər Parkında baş tutacaq.

"Səyyar qəbul otağı" noyabrın 22-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Oxşar xəbərlər