Belçikada bomba təhlükəsi səbəbilə təxminən 30 məktəbdə tədris prosesi bir günlük təxirə salınıb.
E-huquq.az Belçika mətbuatına istinadən xəbər verir ki, dünən gecə paytaxt Brüssel və Valoniya bölgələrində bomba təhlükəsi ilə bağlı polisə məlumat daxil olub.
Təxminən 30-a yaxın məktəbdə tədris bir gün müddətinə dayandırılıb.
Valloniya-Brüssel Federasiyasının Kommunikasiya Direktoru Cecile Marquette son həftələrdə məktəblərə qarşı bu cür təhdidlərin olduğunu söyləyib. O, bu addımın yalnız təhlükəsizlik məqsədi ilə atıldığını vurğulayıb.
Şəbnəm Mehdizadə
