Tələbə Hüquq Jurnalının növbəti sayı "HeinOnline"da yerləşdirilib - FOTO


  • 28 Noyabr 2023 16:19

Bakı Dövlət Universiteti (BDU) Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin nəşri olan Tələbə Hüquq Jurnalının 9-cu buraxılışının 2-ci sayı "HeinOnline" hüquqi araşdırma məlumat bazasında yerləşdirilib.

E-huquq.az xəbər verir ki, artıq 9 ildir ki, Tələbə Hüquq Jurnalının sayları "HeinOnline" hüquqi araşdırma məlumat bazasında yerləşdirilməklə məqalələri xarici oxucu auditoriyası üçün daha əlçatan edir.

Qeyd edək ki, Tələbə Hüquq Jurnalı Cənubi Qafqazda "HeinOnline" hüquqi araşdırma məlumat bazasında yerləşdirilən ilk hüquq jurnalıdır.

Müvafiq say üçün keçid:

https://heinonline.org/HOL/P?h=hein.journals/bakustulr9&i=128

Bundan əlavə, Tələbə Hüquq Jurnalı dünyanın ən böyük məlumat bazalarından biri olan "Scopus"da da yerləşdirilib. Bir çox universitet və tədqiqat institutları tərəfindən istifadə edilən bu məlumat bazası Jurnalda dərc edilən məqalələrin daha geniş auditoriyaya çıxışını təmin edir.

Müvafiq məlumat bazasına keçid:

https://www.scopus.com/sourceid/21101119712

Qeyd edək ki, hazırda Jurnalın 10-cu buraxılışının 1-ci sayı çapa hazırlanır.

Oxşar xəbərlər